15 Avqust 2019 13:50
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Rusiyada S-400 sistemlərinin almasından bir ay keçməsinə baxmayaraq, ABŞ cəza tədbirlərinə əl atmadı. Sanksiyaların tətbiq ediləcəyi ehtimalı gündəmdə olsa da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oyunu udmuş kimi görünür”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Financial Times” qəzetində dərc olunan analitik materialda bildirilib.

Nəşr Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri almasından əvvəl ABŞ-dan verilən bəyanatlara diqqət çəkib:

“İyul ayında Rusiyanın raket sistemlərini Türkiyəyə təhvil verməsindən sonra bir çox analitiklər Donald Trampın ABŞ müttəfiqlərinin Rusiyadan silah almalarını qadağan edən Sanksiyalar Qanunundan (CAATSA) çıxış etmək məcburiyyətində qalacağını söyləyirdi. Lakin bu baş tutmadı.

İstanbul Universitetinin beynəlxalq məsələlər üzrə professoru Soli Özel isə hesab edir ki, Amerikanın təhdidləri əsasən boş sözlər idi: “Türkiyə bir daha strateji əhəmiyyətinə güvəndi və qələbə qazandı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər