İrlandiyadakı Şannon hava limanında ABŞ hərbçilərini daşıyan “Boeing 767” tipli təyyarədə yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, dərhal ekipaj üzvləri təxliyə edilib, hava limanında uçuşlar dayandırılıb.
Yanğının səbəblərinin hələ ki məlum deyil, heç kim xəsarət almayıb.
Təyyarənin ABŞ və digər ölkələrdən əsgər daşıyan "Omni Air International" adlı mülki hava yollarına aid olduğu açıqlanıb.