15 Avqust 2019 18:40
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri Nikol Paşinyan baş müşavirləri Arsen Qasparianı dərhal, Aram Qəribyanı isə sentyabrın 2-dən istefaya göndərib.

Teleqraf.com xəbər verir ki, hökumətin rəsmi saytında yerləşdirilən məlumatda belə bir addımın səbəbləri açıqlanmır.

Qeyd edək ki, uzun müddət ərzində Xarici İşlər Nazirliyində Yaxın Şərqlə bağlı çalışmış A.Qasparyan 1992-1997-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Ermənistan nümayəndə heyətinin üzvü olub. Əvvəlki komandada uzun müddət təmsil olunmuş A.Qəribyan isə 2008-2011-ci illərdə baş nazir Tiqran Sarqsyanın, sonra isə “məxməri inqilab”adək Serj Sarqsyanın baş müşaviri işləyib.

Bununla yanaşı, baş nazirin köməkçisi Mher Sahakian da vəzifəsindən uzaqlaşdırılıb.


Müəllif: Teleqraf.com