15 Avqust 2019 20:23
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Cəbəllüttariq hökumətinə müraciət edib ki, ötən ay Britaniya tərəfindən saxlanılan İran gəmisinin buraxılmasını təxirə salsın.

Qeyd olunub ki, ABŞ “Grace 1” gəmisinə əl qoymaq istəyir.

“Bu məsələyə Cəbəllütariq Ali Məhkəməsində baxılacaq”, - deyə hökumət bəyan edib.

Qeyd edək ki, bu il iyulun 4-də Cəbəllütariqin liman nümayəndələri və polisin Böyük Britaniya Hərbi Dəniz Qüvvələri ilə birgə keçirdiyi əməliyyat zamanı İranın “Grace 1” supertankeri saxlanılıb.

Gəminin Suriyaya qeyri-qanuni yolla xam neft daşıdığı bildirilib. Məlumata görə, “Grace 1” gəmisi Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozaraq hərəkət edib.

Bu isə İranla və Qərb arasında gərginliyin daha da artmasına gətirib çıxarıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər