15 Avqust 2019 23:10
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya məhkəməsi “Grace-1” neft tankerinin azad olunması haqqında qərar çıxarıb.

Teleqraf.com xəbər verir ki, qərar ABŞ-ın məlum tələbindən bir neçə saat sonra qəbul olunub.

Qeyd edək ki, bu il iyulun 4-də Cəbəllütariqin liman nümayəndələri və polisin Böyük Britaniya Hərbi Dəniz Qüvvələri ilə birgə keçirdiyi əməliyyat zamanı İranın “Grace 1” supertankeri saxlanılıb.

Gəminin Suriyaya qeyri-qanuni yolla xam neft daşıdığı bildirilib. Məlumata görə, “Grace 1” gəmisi Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozaraq hərəkət edib.

Bu isə İran və Qərb arasında gərginliyin daha da artmasına gətirib çıxarıb.

Tehran gəmisinin ələ keçirilməsinə etiraz edib. Həmçinin, Avropanın sanksiyalarına baxmayaraq, Suriyaya qeyri-qanuni neft daşıdığına dair ittihamları rədd edib.

ABŞ hökuməti gəminin Vaşinqtona təhvil verilməsini tələb edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər