Rusiya Prezidenti Vladimir Putin Düşənbədə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində sədrliyi qəbul edib.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, sammitdə çıxış edən Putin sədrliyi dövründə təşkilatın genişlənməsi üçün fəaliyyət göstərəcəklərini söyləyib.
Hindistan, İran və Pakistanın il sonuna qədər ŞƏT-ə daxil olması gözlənilir. Sammitdə Ukrayna böhranı başda olmaqla beynəlxalq və regional problemlər müzakirə olunub.
Rusiya prezidenti gələn ilin iyulun 9-10-da Ufada keçiriləcək sammitə qədər 2025-ci il strategiya planının da hazırlanacağını deyib. O bildirib ki, ŞƏT ilə Gömrük Birliyi ölkələri başda olmaqla, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün də çalışacaq.
Toplantıdan sonra birgə bəyannamə veriləcəyi gözlənilir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.