16 Avqust 2019 10:26
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkədə artan silahlı qarşıdurma faciələri ilə əlaqədar olaraq, Amerikada psixiatrik xəstəxanalara açılmasına ehtiyac olduğunu düşünür.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı ölkə daxilində silahlı şəxslərin sayının artmasının dinc vətəndaşların həyatını təhlükə qarşısında qoyduğunu bildirib.

Bu səbəbdən də, Tramp yenidən bu tibb müəssisələrinin tikilməsinin zəruriliyini bildirərək qeyd edib: “Psixiatriya xəstəxanalarını açmalıyıq, bu insanların küçələrdə gəzməsinə icazə verə bilmərik”.

ABŞ-da psixiatriya xəstəxanalarının kütləvi şəkildə bağlanması prosesi 1950-1960-cı illərdə başlayıb. Nəticədə bu müəssisələrdə saxlanılan xəstələr evə buraxılıb. İndi onların çoxunun tibbi sığortası yoxdur, nəticədə müalicə ala bilmirlər.

Aztəminatlı xəstələr xəstəxanalar əvəzinə təcili yardım maşınları ilə həbsxanaya aparılır. Bəzi izolyatorlarda olan sakinlərin 40 faizi ruhi xəstədir.

Bu ayın əvvəlində ABŞ-da silahlı atışma ilə əlaqədar bir neçə faciə baş verib. Avqustun 3-də El Paso şəhərində (22 nəfər həlak oldu), avqustun 4-də Daytonun mərkəzində (9 nəfər həlak oldu) və avqustun 14-də isə Filadelfiyada (6 polis yaralanıb).


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər