16 Avqust 2019 10:46
2 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayında ABŞ Prezidenti Donald Trampın Türkiyə səfiri kimi təklif etdiyi David Satterfild iyun ayında Senatdan təsdiq alıb.

Teleqraf.com xəbər verir ki, vəzifəsinin icrasına başlamaq üçün iyulda Türkiyəyə gələn Satterfild etimad məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana verə bilmədiyi üçün hələlik rəsmi Ankara tərəfindən tanınmır.

David Satterfild Suriya və S-400 məsələlərində Türkiyəyə qarşı sərt mövqeyi ilə və Yaxın Şərq mövzusunda təcrübəli diplomat kimi diqqət çəkib.

Məlumata görə, Türkiyənin siyasi dairələrində o qədər də sevilməyən amerikalı siyasətçi etimadnaməni Ərdoğana təqdim etmək üçün növbəsini gözləyir.

David Satterfildin təyin edildiyi post 2017-ci ilin oktyabr ayından boş idi. Keçmiş səfir Con Bassın bu postdan ayrılmasından sonra təyinat edilməmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər