ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Rusiyanın Kalininqrad vilayətinin sərhədi boyu kəşfiyyat uçuşu həyata keçirib.
Teleqraf.com xəbər verir ki, RC-135V 64-14846 bort nömrəli Boeng RC-135V təyyarəsi Britaniyanın Mildenxoll avibazasından havaya qalıb.
Təyyarə Baltik dənizi üzərində, Polşa və Litva ərazisində müşahidə aparıb.
Son zamanlar ABŞ-ın Rusiya ərazisində pilotsuz və pilotlu kəşfiyyatçı təyyarələrinin uçuşları qeydə alınır.
Rusiya Müdafiə Nazirliyinin çağırışlarına baxmayaraq Pentaqon kəşfiyyat uçuşlarını dayandırmaq istəmir.