16 Avqust 2019 13:02
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-la birgə yaradılacaq Ortaq Hərəkət Mərkəzinə baxış keçirilməsi üçün Şanlıurfa şəhərinə gəlib.

Teleqraf.com xəbər verir ki, Hulusi Akarı baş qərargah rəisi general Yaşar Gülər də daxil olmaqla ölkənin hərbi kontingentinin yüksək rütbəli şəxsləri müşayiət edib.

ABŞ-ın Avropadakı hərbi qüvvələri komandanın köməkçisi general-leytenant Stefan Tvitinin rəhbərliyi ilə amerikalı hərbçilər həmkarları ilə müzakirə aparmaq üçün Türkiyə Baş Qərargahına gəlib.

Xatırladaq ki, 5-7 avqust tarixlərində ABŞ-la Türkiyə arasında keçirilən görüşlərdə Suriyada yaradılması planlaşdırılan təhlükəsiz bölgənin koordinasiyası və idarə edilməsi üçün Türkiyədə Ortaq Hərəkət Mərkəzi qurulmasına qərar verilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər