16 Avqust 2019 15:36
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Baş naziri Nikol Paşinyan müşavirləri - Arsen Qasparyan və Aram Qaribyan, eləcə də köməkçisi Mqer Saakyanı vəzifəsindən azad edib. Baş nazirin bu addımı bir sıra şübhəli məqamları üzə çıxarıb”.

Teleqraf.com xəbər verir ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti Paşinyanın hakim komada daxilində xəyanətkar şəbəkənin olmasından şübhələndiyini yazıb.

Mənbə xatırladır ki, Aram Qaribyan əvvəlki hökumətin nümayəndəsidir. O, maliyyə və iqtisadiyyat nazirinin müavini, eyni zamanda 2008-2018-ci illərdə prezident və baş nazirin müşaviri olub. Keçən il Nikol Paşinyan onu müşaviri təyin edib.

Mqer Saakyan isə Sərkisyan dönəmində Çindəki erməni icmasının başçısı idi, 2017-ci ildə Ermənistana qayıdıb, bu ilin aprelində baş nazirin köməkçisi təyin olunub.

Qasparyana gəldikdə, o, 1999-cu ilə qədər Ermənistan Xarici İşlər Nazirliyində işləyib, sonra Rusiyaya gedib, oradan isə ABŞ-a köçüb, “məxməri inqilab”dan sonra İrəvana qayıdıb.

Paşinyanın bu addımının sual doğurduğunu qeyd edən “Hraparak”ın iddiasına görə, erməni baş nazir vəzifədən azad etdiyi şəxslərin xarici investorları Ermənistandan qaçırdığına və ölkəyə yaxın buraxmadığına inanır.

Həmin şəxslərin hakim komanda daxilində “Qarabağ klanı”nın gizli tapşırıqlarını yerinə yetirməsindən ehtiyat edən Nikol Paşinyan təmizləmə işini davam etdirəcəyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər