Amerikalı aktrisa və müğənni Selena Qomez öz adını verdiyi kosmetik vasitələrin istehsalına başlayır.
Teleqraf.com xəbər verir ki, müğənni ətir, nəmləndirici krem, üz dərisinə qulluq vasitələri, sabun və digər kosmetikların markası barədə hələlik hər hansı geniş məlumatla çıxış etməyib.
Kosmetik marka ilə bağlı xəbəri müğənninin izləyiciləri birmənalı qarşılamayıb. Bəziləri bunu xoş xəbər kimi qarşılayıb, digərləri isə “Bircə sən çatışmırdın” deyib.
Selena Qomezin yaxın zamanlarda kosmetik markanın satış nöqtələri haqqında məlumat verəcəyi gözlənilir.