16 Avqust 2019 18:38
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə və ailəsinə məxsus hesablara həbs qoyulub.

Teleqraf.com xəbər verir ki, Baş Prokurorluq Atambayevin ailəsinə aid və ayrı-ayrı şəxslərinə adına keçirilmiş bank hesablarının, qiymətli kağızlar və səhmlərin hamısının bloklandığını açıqlayıb.

25 bankdakı hesabdan başqa Atambayevə aid 5 lüks avtomobil, 1 ev, 1 ferma, 3 bağ, 4 torpaq sahəsi, onun həyat yoldaşı Raisa Atambayevaya məxsus bir mənzil və villa, “Qırğızavtomaş” şirkətinə aid onlarla mənzil, maşın, torpaq sahəsi, anbar və qurğulara həbs qoyulub.

Qeyd edək ki, Almazbek Atambayev kütləvi iğtişaşların təşkili, qətl, öldürməyə cəhd, girov götürmə və dövlət məmuruna qarşı zorakılıq kimi ittihamlarla həbs edilib. Qırğızıstan xüsusi xidmət orqanlarının yaydığı məlumatda isə keçmiş dövlət başçısı çevriliş hazırlamaqda ittiham olunur.


Müəllif: Nərgiz

Oxşar xəbərlər