Hindistanın müdafiə naziri Rajat Sinq ölkəsinin hansısa bir dövlətə qarşı nüvə silahından istifadə edəcək ilk tərəf olmayacağını və nüvə siyasətini dəyişə biləcəklərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə Poxran şəhərində nüvə sınaq mərkəzində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Nazir qeyd edib ki, Hindistan uzun illərdir yürütdüyü “Nüvə silahından istifadə edən ilk tərəf olmamaq” siyasətini dəyişə bilər: “Lakin gələcəkdə nə baş verəcəyi şərtlərə bağlıdır”.
Sinq Hindistanın Pakistanla nüvə silahlanma yarışını başladan lider kimi tarixə düşən, keçmiş baş nazir Atal Bixari Vajpayeni də xatırlayıb.
Digər yandan, Pakistan Baş naziri İmran Xanın ABŞ Prezidenti Donald Trampla Hindistanın Cammu və Kəşmir bölgələrində situasiyanı gərginləşdirən addımlarını müzakirə etdiyi açıqlanıb.