17 Avqust 17:57
853

Məşhur amerikalı müğənni Keti Perrinin təcavüz iddiası ilə başı dərddədir.

Teleqraf.com xəbər verir ki, model Joş Klossun Perriyə təcavüz ittihamından sonra daha bir iddia rus teleaparıcı Tina Kandelakidən gəlib.

Kandelaki bir tədbirdə məşhur müğənninin zorla onu öpməyə çalışdığını deyib.

Klossla bağlı xəbərləri oxuduqdan sonra açıqlama vermək istədiyini bildirən Tina Kandelaki deyib: “Bir dəfə Keti Perrinin qatıldığı özəl bir partiyə dəvət edilmişdim. Olduqca sərxoş idi və öz ehtirasını söndürmək üçün məni seçdi. Mən buna görə ona etiraz etməyə başladım, amma Keti özünə yeni bir qurban tapa bildi”.

ABŞ mediası məsələ ilə əlaqədar müğənni ilə əlaqə saxlamağa cəhd etsə də, bu səyləri baş tutmayıb.


Müəllif: Məmməd