17 Avqust 19:28
286

“Artıq dörd aydır ki, Ermənistanın Aparıcı Texnoloji Müəssisələr Birliyi ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ofisi ilə İrəvanda keçiriləcək XXIII Beynəlxalq WCIT 2019 Forumunda (İT Dünya Forumu) iştirak etmək üçün danışıqlar aparır”.

Teleqraf.com xəbər verir ki, bu barədə forumun təşkilatçısı, Aparıcı İT Müəssisələri Birliyinin sədri Aleksandr Yesayan açıqlama yayıb.

Yeseyan danışıqların hələlik nəticə vermədiyini, Obamanın forumda iştirak üçün Ermənistana gələcəyinə ümid etdiyini bildirib.

WCIT 2019 Forumu 6-9 oktyabr tarixlərində İrəvanda keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu