Əfqanıstanın Bəlx vilayətinin Daulat Abad dairəsində yol kənarındakı bombanın partlaması nəticəsində ən az 11 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə dairə başçısı Muhammad Yusuf məlumat yayıb.
O bildirib ki, həlak olanların meyitlərini tanımaq mümkün deyil.
Muhammad Yusuf qeyd edib ki, beş nəfəri eyni ailənin üzvü olan 11 mülki şəxs, bu gün maşınları Bəlx əyalətinin Daulat Abad dairəsində yol kənarındakı bombanın işə salınması nəticəsində partlayıb.