19 Avqust 2019 13:20
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hökuməti Cammu və Kəşmirdə məktəblərin və bütün rəsmi hökumət idarələrinin bir hissəsini açıb.

Teleqraf.com xəbər verir ki, rəsmi Dehlinin bu qərarı hər iki bölgədə tətbiq olunan ciddi təhlükəsizlik tədbirlərinin yumşaldılmasının başlanğıcı sayılır.

Məlumata görə, bu günə qədər Srinaqarda fəaliyyət göstərən 900 məktəbdən yalnız 196-ı açılacaq. Bu gündən etibarən isə regiondakı bütün hökumət idarələrinin açılması gözlənilir. Səlahiyyətlilər bölgədəki rabitə əlaqəsinin üçdə iki hissəsini də bərpa edib.

Məlumata görə, mobil rabitə və internet xidmətləri ancaq təhlükəsizlik vəziyyətinin hərtərəfli təhlilindən sonra bərpa olunacaq. Lakin qarşıdurma ehtimalı səbəbindən Hindistan hökuməti Cammunun bəzi bölgələrində əvvəllər icazə verilən internet və mobil telefonların istifadəsi qərarını ləğv edib.

Fransa mediası avqustun əvvəlində bölgənin statusunun dəyişməsindən bəri Cammu və Kəşmirdə ən az 4000 nəfərin həbs olunduğunu açıqlayıb.

Əlavə edək ki, rəsmi Dehli Pakistanla münaqişəyə səbəb olan Cammu və Kəşmirin muxtar statusunu ləğv edərək, bu bölgələrin birləşdirilməsi haqda qərar verib.

Hindistan hökumətinin bu addımı Pakistanın etirazına səbəb olub. Bundan sonra açıqlama verən Pakistan Baş naziri İmran Xan Dehlinin bu qərarının savaşa yol aça biləcəyini istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər