Polşanın xarici işlər naziri Yatsek Çaputoviç İkinci dünya müharibəsinə görə Almaniya kompensasiyalar ödəyərkən, Varşavanın haqsızlıqla üzləşdiyini deyib.
Teleqraf.com xəbər verir ki, Yatsek Çaputoviçin sözlərinə görə, Polşa müharibə vaxtı nasist rejiminin işğalından xeyli zərər çəkib:
“Polşa nasist rejiminin işğalından güclü zərər çəkməsinə baxmayaraq, pul kompensasiyası ödənişi minimal dərəcədə idi. Elə ölkələr var ki, nasist rejimindən daha az əziyyət çəkiblər. Amma bunun müqabilində daha çox kompensasiya aldılar. Bu ədalətlidir?”
Nazir nasist rejimindən daha az əziyyət çəkən ölkələr deyərkən, Fransa və Niderlandı nəzərdə tutduğunu qeyd edib.