Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi dəstəklə gündəmdə olan müğənni Tuğba Ekinci növbəti dəfə bu məsələ ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, İnstaqram hesabında Ərdoğanın fotosunu paylaşan Azərbaycan əsilli müğənni onun ünvanına xoş sözlər yazıb.
Məşhur müğənni fotonun üzərində qeyd edib:
“Ulduzu yüksəkdə olan prezidentim mənim! Yaxşı baxın, belə biri bir daha dünyaya gəlməyəcək, dəyərini bilin. Ağlınızda yaxşı saxlayın, demokratiya və mədəniyyət sağ qalmış yeganə dişi canavardır. Kimsənin üstünə bu ittihamlarla gəlməyin.
Bəzi məsələlər sizin düşündüyünüz formada həll olunmur. Hər şeydə də məna axtarmayın”.