19 Avqust 2019 18:17
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran ABŞ-la danışıqlarda maraqlı deyil, biz ancaq əməkdaşlığa açığıq. Bu dövr də artıq bitmək üzrədir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Finlandiyaya səfər zamanı İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, İranla ABŞ arasında danışıqlara əsas olmalıdır: “Biz nüvə razılaşmasından imtina etmirik. Nüvə razılaşmasının mükəmməl cəhəti onun heç bir tərəfi tam təmin etməməsidir”.

Məhəmməd Cavad Zərif bildirib ki, razılaşmada tərəflərdən biri tam təmin edilsə, saziş əhəmiyyətsiz olacaq.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər