BMT-nin baş katibi Antoniu Quterreş ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik brifinq zamanı deyib.
S.Cüjarrik: "Baş katibin sabah ABŞ dövlət Katibi Mayk Pompeo ilə görüşü planlaşdırılır. Görüş Dövlət Departamentinin istəyi ilə keçiriləcək. Biz dövlət katibi ilə birbaşa dialoq imkanına həmişə şadıq".
Qeyd edək ki, Dövlət Departamentinin ötən gün yaydığı bəyanatda bildirilirdi ki, M.Pompeo avqustun 20-si BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə keçiriləcək icalaısnda iştirak edəcək və A.Quterreş ilə görüşəcək.