20 Avqust 2019 11:19
2 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda 3 uşaq anası olan 34 yaşlı Aişə Gül illərdir keçmiş qonşusunun cinsi təcavüzünə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, Fevzi Çaxmaq məhəlləsində yaşayan Aişə Gülü Çingiz Kılıç adlı şəxs daim izləyib və ona təcavüz edib. Ondan xilas olmaq üçün Aişə Gül həyat yoldaşı Yaşar Güllə birlikdə başqa bir ünvana köçüb. Çingiz Kılıç isə Aişə Gülün yeni evinin ünvanını öyrənərək oraya ora gəlib. Bıçaqla qapını açmağa çalışan təcavüzkarı Aişə Gül silahla atəş açaraq öldürüb. Həbs olunan Aişə Gül buna məcbur qaldığını dilə gətirib.

Çingiz Kılıçın hadisədən bir gün əvvəl həbsdən çıxdığı deyilir. Faktla bağlı cinayət işi açılıb. Aişə Gül saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər