20 Avqust 2019 14:44
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın bu hərəkətləri yenidən sürətlə silahlanmaya və hərbi qarşıdurmanın inkişafına gətirib çıxaracaq, həmçinin regional və beynəlxalq təhlükəsizliyin strukturuna ciddi neqativ təsiri göstərəcək”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan ABŞ-ın “Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında” müqavilə çərçivəsində qadağan edilmiş raketi sınaqdan keçirməsini şərh edərkən deyib.

Bundan əvvəl Pentaqon sınaq raketinin 500 kilometrdən çox uçuşdan sonra hədəfi dəqiq vurduğunu bəyan edib.


Müəllif: İmamət İsmayılova