İdlibdə aprelin 26-dan bu günədək hökumət qüvvələrinin və müttəfiqlərinin apardıqları əməliyyatlar zamanı 843 mülki vətəndaş öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Şəbəkəsi məlumat yayıb. Məlumatda deyilir ki, müttəfiqlər İdlib vilayətini 1392, Həma kəndini 1572, Latakiya kəndini isə 208 dəfə olmaqla, ümumilikdə, 3172 dəfə bombalayıblar.
Qeyd edək ki, Suriyanın şimal-qərbində yerləşən İdlib vətəndaş müharibəsinin başlanmasından indiyədək müxaliflərin dayaq nöqtəsi kimi tanınır. Daxili miqrasiya hesabına əhalisinin sayı dörd milyona çatan şəhərin mərkəzi 2015-ci ilin mart ayında müxalif qüvvələrin nəzarəti altına keçib. Türkiyə, Rusiya və İran 2017-ci ildə Astana toplantısında İdlib və ətrafını “Gərginliyin Azaldılması Bölgəsi” elan ediblər.