İraqın Salah əd-Din vilayətindəki Əl-Bəkr aviabazasında silah-sursat anbarında yanğın olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə İraqın "NRT" telekanalı bildirib.
Məlumata əsasən, yanğının baş vermə səbəbi hələlik məlum deyil.
Bildirilir ki, aviabaza "Əl-Xəşd əş-Şaabi" qoşunlarına məxsusdur. Yanğın hələ ki, məhdudlaşdırılmayıb.
Qeyd edilir ki, ABŞ qoşunları bazada olan işçilərini təxliyə etməyə başlayıb.