ABŞ Prezidenti Donald Trampla Fransa dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Donald Tramp Fransanın 2020-ci ildə Böyük yeddilik (G7) sammitinə Rusiyanı dəvət etmək təklifini dəstəkləyib.
Tramp və Makron telefonla danışığında Rusiyanın növbəti ildə G7-də iştirakı əsas mövzu olub.
Bundan əvvəl ABŞ Prezidenti Rusiyanın G7-yə qayıdışını təqdir edən bəyanat vermişdi.