21 Avqust 2019 11:18
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ ilə Qərb ölkələri arasında “soyuq müharibə”nin başa çatmasını özündə ehtiva edən və 1987-ci ildə imzalanmış Orta Mənzilli Raket Nüvə Anlaşmasının bu il avqustun 2-də dayandırılmasının ardından ilk dəfə ABŞ raket sınağı keçirib.

Teleqraf.com xəbər verir ki, raket sınağı bazar günü Kaliforniya ştatının San Nikolas adasında həyata keçirilib.

Pentaqon raket sınağına dair yaydığı açıqlamada qeyd edib ki, raket 500 kilometrdən çox məsafəni qət edərək hədəfi məhv edib.

ABŞ Müdafiə Nazirliyi əlavə edib ki, bu test orta mənzilli raketlərin inkişafına ciddi yardım edəcək.

Rusiya bu testi “narahatedici addım” kimi qiymətləndirib, Çin isə yeni silahlanma yarışının başlanmasına dair xəbərdarlıq edib.


Müəllif: Cavad