21 Avqust 2019 12:08
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya “Altius-U” adlı dronunu sınaqdan keçirib.

Teleqraf.com xəbər verir ki, 6 ton ağırlığında olan və bir gündən çox havada qalan dron test zamanı 32 dəqiqə havada qalıb.

Rusiya Müdafiə Nazirliyi dronun ilk test uçuşu həyata keçirdiyini təsdiq edib.

Nazirlik qeyd edib ki, 6 ton ağırlığında olan dron avtomatik hava rejimində 800 metr yüksəklikdə 32 dəqiqə hərəkət edib. Bu zaman dronun sistemləri normal işləyib və radar vasitələrindən istifadə edərək kəşf missiyasını həyata keçirib.


Müəllif: Cavad

Oxşar xəbərlər