“Taliban” silahlıları Əfqanıstanın paytaxtı Kabulun Şəkərdərə qəsəbəsində yerləşən qızlar liseyinə hücum edib.
Teleqraf.com xəbər verir ki, hücum nəticəsində məktəb yararsız hala salınıb.
Əfqanıstan Təhsil Nazirliyinin sözçüsü Nuriyyə Nuzhet bildirib ki, liseydə 700 şagird təhsil alıb. Onun sözlərinə görə, məktəb yararsız hala salındığı üçün dərslər dayandırılıb.
“Taliban”ın hərbi qanadı isə yaydığı açıqlamada qızların təhsil aldığı liseyə hücum edilmədiyini bəyan edib.