Honduras məhkəməsi ölkənin sabiq prezidenti Porfirio Lobonun xanımı Roza Elena Bonilllanı korrupsiya əməllərinə görə mühakimə edib.
Teleqraf.com xəbər verir ki, ölkə məhkəməsi Bonillanı ərinin prezidentlik etdiyi 2010-2014-cü illərdə 600 min dollar əldə etməkdə günahkar sayıb.
Eyni məhkəmədə ittiham edilən Bonillanın qardaşı Maurikio Mora isə bəraət alıb.
Avqustun 28-də Bonilla haqqında məhkəmə hökmünü verəcək. Onun 57 il müddətinə həbs cəzası gözləyir.