21 Avqust 2019 13:34
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uruqvay dövlət başçısı Tabare Ramon Vaskesdə xərçəng aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu haqda prezident özü məlumat verib.

Bildirib ki, aparılan müayinə zamanı həkimlər ağciyərinin sağ hissəsində problem aşkar ediblər.

Xərçəng xəstəliyinə yaxalandığını ifadə edən prezident Vaskes əlavə edib ki, hazırda xəstəliyinin hər hansı mənfi təsirlərini hiss etmir. Səhhəti və müalicəsi ilə əlaqədar daha geniş informasiya gözləyir.

Qeyd edək ki, prezidentin səlahiyyət müddəti 2020-ci ilin martında başa çatacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər