ABŞ Dövlət Departamenti Tayvana 8 milyard dollar dəyərində F-16C/D Blok 70 tipli 66 təyyarə satışını təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, Dövlət katibi Mayk Pompeo bəyan edib ki, satışın həyata keçirilməsi üçün Konqresə sənəd göndəriləcək: “ABŞ və Tayvan arasında rəsmi diplomatik münasibət yoxdur. Bu satış Çin və ABŞ arasında mövcud olan üç ortaq bəyanata, həmçinin razılaşma və tarixi münasibətlərə uyğundur. Biz yalnız tərəflər qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetiririk”.
Əvvəllər ABŞ-ın Tayvanla münasibət qurması bu ölkə ilə Çin arasında diplomatik gərginliyə səbəb olmuşdu.
ABŞ Tayvanı 1972-ci ildən Çinin tərkib hissəsi olaraq rəsmən tanıyır. Ancaq 1979-cu ildə Tayvanla münasibətlər haqqında qanun qəbul etməklə Tayvanla qeyri-rəsmi əlaqələr qurmaqda davam edir.