21 Avqust 2019 16:31
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ABŞ və Rusiyanın razılığını aldıqdan sonra İraqda yerləşən İrana aid silah və raket anbarlarına zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, belə bir iddia ilə Londonda nəşr olunan “Eş-Şark el-Avsat” qəzeti qərb diplomatlarına istinadla çıxış edib.

Qəzetin iddiasına görə, Təl-Əviv hökuməti Vaşinqton və Moskvadan aldığı razılıqdan sonra son həftələrdə İraqdakı İrana aid hərbi obyektlərə zərbələr endirib.

Tərəflər razılığın rəsmən açıqlanmaması haqda da anlaşıblar. Zərbələr əsasən İraqdakı Haşdi-Şab hərbi hissələrinə endirilib.

Qeyd edək ki, dünən Ukraynada səfərdə olan İsrail baş naziri Netanyahu bəyan edib ki, İraqda İrana aid hərbi bazalar İsrail tərəfindən vurulub. Baş nazir əlavə edib ki, İran heç bir yerdə toxunulmaz deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər