21 Avqust 2019 16:58
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təl-Əviv 2019-cu ilin ilk yarım ilində təxminən 3 min Rusiya vətəndaşını ölkəyə buraxmayıb.

Teleqraf.com xəbər verir ki, ilin sonuna kimi bu rəqəm 2 dəfə arta bilər.

İsrail miqrasiya idarəsinin məlumatına görə, 2017-ci ildə bu göstərici 1,4 min, 2018-ci ildə isə 4,3 min olub. Bu il isə 6 min insanın ölkəyə girişinə məhdudiyyət qoyulacağı istisna edilmir.

İsrail mətbuatının yazdığına görə, ötən il İsrail ərazisində işləmək üçün müvəqqəti sığınacaq alınması məqsədi ilə xahiş edən rusiyalıların sayı çoxalıb. Bu miqrantların əvvəllər rəsmən turizm məqsədi ilə ölkəyə gəldiyi bildirilir.

2008-ci ildən Rusiya və İsrail arasında turizm səfərləri üçün vizasız rejim qüvvədədir. İsrailin Turizm Nazirliyinin məlumatına görə, ölkəyə keçən il Rusiyadan 300 mindən çox turist gəlib.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər