Yəməndə husilərin hərbi qruplaşması Səudiyyə Ərəbistanı liderliyində qurulan koalisiyanın Cazan məntəqəsindəki qərargahına raket hücumu təşkil edib.
Teleqraf.com xəbər verir ki, faktı husilərin hərbi qanadının sözçüsü Yəhya Seri təsdiqləyib.
Məlumata görə, hücum zamanı qərargahda aralarında komandirlərin də olduğu çoxlu sayda hərbçi öldürülüb.
Ancaq koalisiya qüvvələri bu hücumla bağlı hər hansı bir açıqlama yaymayıb.