2009-cu ildə həmkarı Halit Ergenclə ailə həyatı quran aktrisa Bergüzar Korel ana olmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, sənətçi bir müddətdir hamilə olduğuna dair yayılan xəbərləri təsdiqləyib.
Ticarət mərkəzində jurnalistlərin suallarını cavablandıran aktrisa 9 il sonra yenidən ana olacağını deyib: “Hər şey qaydasındadır, xəbərlərdən oxuduğunuz kimi ikinci övladımızın yolunu gözləyirik. Çox gözəl və özəl hisslərdir. Allah hamıya bu özəl duyğunu yaşamağı nəsib eləsin”.
Qeyd edək ki, cütlüyün 2010-cu ildə Əli adlı övladı doğulub.