22 Avqust 2019 14:42
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı bir ilk yaşanıb.

Teleqraf.com xəbər verir ki, Respublikaçılar Partiyasının namizədi olacağını elan edən Prezident Donald Trampın qarşısına çıxacaq Demokratların namizədləri onu geridə qoya bilib.

Məlumata görə, Trampdan irəli çıxan Demokrat namizədlər Obama dövründə vitse-prezident olan Con Bayden və Bernie Sandersdir.

Məşhur “Politico” nəşrinin sorğusu zamanı Bayden Trampla seçki mübarizəsində 42 faiz səs aldığı təqdirdə, indiki prezident 35 faiz səs ala bilib. Sanderslə Tramp arasında qarşılaşmada isə Sanders 40, Tramp isə 35 səs alıb. Eyni anketlərdə Demokratların qadın namizədi Yelizavet Varren də Trampla başa-baş gələrək, 35 faiz səs əldə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər