23 Avqust 2019 08:26
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hawaiian Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Honolulu (Havay) hava limanında qəza enişi edib.

Teleqraf.com xəbər verir ki, Oklend (Kaliforniya) - Honolulu reysini həyata keçirən təyyarənin qəza enişi etməsinə səbəb salonda başlayan tüstülənmə olub.

Məlumata əsasən, qəza enişi nəticəsində 7 sərnişin xəsarət alıb, onların arasında uşaqlar da var.

Bildirilir ki, təyyarədə 184 sərnişin və 7 heyət üzvü olubş

Təyyarədə tüstülənmənin baş verməsi səbəbi hələlik müəyyən edilməyib.


Müəllif: Teleqraf.com