23 Avqust 2019 10:13
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Bağanis kəndi yaxınlığındakı QAZ 66 hərbi yük avtomobili aşıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan öz Feysbuk səhifəsində paylaşıb.

O, insident nəticəsində heç bir erməni hərbçisinin ağır xəsarət almadığını bildirib.

“Shamshyan.com” saytı isə qəza zamanı avtomobildə 11 hərbçinin olduğunu bildirib.


Müəllif: Teleqraf.com