23 Avqust 2019 10:31
1 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həyat yoldaşının Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Səlahəddin Dəmirtaşın xanımı ilə görüşünə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, xanımı Dilək İmamoğlunun Başak Dəmirtaşla bir araya gəlməsi ilə gizli ittifaq yaradıldığına dair iddialara aydınlıq gətirib.

Əkrəm İmamoğlu məsələyə zarafatyana reaksiya verib: “Gizli bir qadın ittifaqı varsa, o barədə mənim də məlumatım yoxdur. Sadəcə üç xanım yemək yeyərək, söhbət edib, dərdləşibdik. Amma bilmədiyimiz bir qadın ittifaqı varsa, biz də oturub düşünək, siz də düşünün”, - deyə qeyd edib.


Müəllif: Nərgiz