23 Avqust 2019 11:25
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzairdə baş tutan rep konsertində yaşanan izdiham nəticəsində 5 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, Abderraouf Derracinin konserti üçün minlərlə şəxs paytaxtdakı stadiona toplaşıb.

“Soolking” ləqəbi ilə tanınan repçinin səhnədə performansı zamanı stadiona girişlərdən birində basabas yaranıb. Hadisə zamanı iki kişi, üç qadın ölüb, azı 21 nəfər yaralanıb.


Müəllif: Leyla