23 Avqust 2019 11:34
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp son anda 4 milyard dollardan vaz keçib.

Teleqraf.com xəbər verir ki, ABŞ mediası ölkənin yüksək rütbəli dövlət rəsmisinə istinadən bildirib ki, Prezident Tramp xarici yardımlardan 4 milyard dollar kəsilməsi planından son anda imtina edib.

Qeyd edək ki, Prezident Trampın xarici yardımlarla bağlı ixtisar planı Konqresdə həm Respublikaçı, həm də Demokratların ciddi etirazına səbəb olmuşdu.

Buna qədər deyilirdi ki, Tramp xarici yardımlar büdcəsinin çox olduğunu düşünür, bu səbəbdən yardım məbləğinin azaldılması yollarını axtarır. Amma Konqresdə bu yardımların azaldılması təşəbbüsü dəstək qazanmayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər