23 Avqust 2019 12:18
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton-Ankara xəttində S-400 hava hücumundan müdafiə sistemlərinə dair böhran davam etdiyi bir ərəfədə ABŞ Türkiyəyə Patriot hava hücumundan müdafiə sistemləri satmaqdan rəsmən imtina edib.

Teleqraf.com xəbər verir ki, CNN-ə danışan ABŞ Dövlət Departamentinin rəsmisi bu faktı təsdiqləyib.

“Türkiyəyə daim deyirdik ki, əgər S-400 kompleksləri alarsa Patriot hava müdafiə sisteminə dair təklifimizi geri çəkəcəyik”,- Dövlət Departamentinin diplomatı deyib.

Patriot kompleksini istehsal edən “Amerikan Raytheon Co” şirkəti isə mövzunun dövlət məsələsi olduğunu əsas gətirərək mövqeyini ifadə etməyib.

ABŞ-ın Patriot sistemlərini Türkiyəyə satmaqdan imtina etməsi Ankaranın Moskvadan S-400 kompleksi almasından sonra atılan sonuncu addımdır. Buna qədər ABŞ Türkiyəni F-35 proqramından da çıxarıb.


Müəllif: Cavad