23 Avqust 2019 13:38
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin Orta Mənzilli Raketlərə dair Anlaşmadan (İNF) çıxan ABŞ-ı silah yarışına başlamaqda ittiham edərək Vaşinqtondan BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Teleqraf.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurası toplanaraq Çin və Rusiyanın qaldırdığı məsələni müzakirə edib.

Rusiyanın BMT-dəki daimi təmsilçisinin köməkçisi Dmitri Polyanski ABŞ-ın İNF razılaşmasından çıxmaqla bu ölkənin silah yarışına hazırlaşdığını anons edib.

BMT-də ABŞ-ın ikiüzlüyünü ifşa etmək məqsədilə toplandıqlarını bildirən rusiyalı diplomat strateji sabitlik və təhlükəsizliyi saxlamaq üçün ABŞ-la hər cür dialoqa hazır olduqlarını ifadə edib.

Çinin BMT-dəki daimi təmsilçisi Zanq Cun ABŞ Prezidenti Donald Trampın “Çin daxil olduğu yeni bir razılaşmanı müzakirə etməyə hazırıq” bəyanatına toxunaraq bildirib ki, ABŞ-ın Çin bəhanəsi ilək İNF anlaşmasından çıxması qəbuledilməzdir.

ABŞ-ın BMT-dəki daimi təmsilçisinin müavini Contan Kohen isə bildirib ki, Rusiya 10 ildən çoxdur İNF anlaşmasını pozub və ABŞ-ın 6 il müddətinə Rusiyanı anlaşmaya tabe olması haqda çağırışlarından sonra razılaşmadan çıxıb. Diplomat qeyd edib ki, razılaşmanı pozan Rusiya Avropanı vurmaq üçün “9M729” raketlər yaradıb: “Rusiya və Çin silahlarını inkişaf etdirməkdə davam etdiyi təqdirdə ABŞ-ın bunu seyr etməsini gözləyir”.

Diplomat əlavə edib ki, İNF razılaşmasına daxil olmasına ehtiyac duyulan Çində qadağan edilən silah kateqoriyasına daxil olan 2 minə yaxın raketlərə malikdir. O, əlavə edib ki, Birləşmiş Ştatlar Rusiya və Çinində daxil olacağı yeni razılaşma üçün müzakirələrə hazırdır.


Müəllif: Cavad

Oxşar xəbərlər