23 Avqust 2019 14:05
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 91 yaşlı xəstənin nəfəs borusundan ağciyərinə batmış mismar çıxarılıb.

Teleqraf.com xəbər verir ki, öskürək və tənəffüs çətinliyi ilə xəstəxanaya müraciət edən 91 yaşlı Keqo Atəşin nəfəs borusunda 10 santimetrlik mismar olduğu müəyyən olunub.

Elazığ Fəthi Səkin Şəhər Xəstəxanasının həkimi Murad Qılınc bildirib ki, vaxtında müdaxiləyə olunmasaydı, xəstənin həyatına təhlükə ola bilərdi:

“24 il əvvəl ağciyər xərçəngi səbəbiylə boğaz və boyundan nəfəs borusuna yol açılıb. Oranı təmizləmək üçün xəstə mismardan istifadə edib. Bədbəxtlikdən mismar nəfəs borusuna keçib və orada qalıb. Hazırda əməliyyatdan uğurlu çıxan xəstə palataya köçürülüb”.


Müəllif: İmamət İsmayılova