23 Avqust 2019 18:42
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Yava adası sahillərində bərədə yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində 30-dan çox sərnişin itkin düşüb.

Qeyd olunur ki, Surabaya şəhərindən Balikpapana doğru hərəkət edən bərədə 277 sərnişin olub.

Onların böyük əksəriyyəti xilas edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Yanğının səbəbləri hələlik məlum deyil.


Müəllif: Teleqraf.com