Hindistanın şimalındakı Kəşmir əyalətində bir həftə boyunca davam edən şiddətli yağışların yol açdığı sel və torpaq sürüşmələri nəticəsində rəsmi ölü sayı 220-yə çatıb.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, Hindistan Daxili İşlər Naziri Rajnath Singh Kəşmirdə 400 kəndin su altında olduğunu deyib.
Təhlükəsiz yerlərə təxliyə olunmaq üçün kömək gözləyən minlərlə insan üçün vertolyotlar səfərbər edilib.
Hind ordusu isə seldən əziyyət çəkən 130 mindən çox insanı xilas etdiklərini açıqlayıb.
Hindistan Baş Naziri Narendra Rejimi bazar günü helikopterlə sel bölgəsinə səfər edib. Baş nazir bölgəyə 150 milyon dollar yardım ayrılacağına söz verib.
Xatırladaq ki, Hindistan son 60 ilin ən böyük sel fəlakətini yaşayır.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.