24 Avqust 2019 17:15
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə baş naziri Boris Consonun 70 yaşlı xəstəyə şəxsən qulluq etməsi böyük maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, baş nazir Londonun cənubunda yerləşən Torbay xəstəxanasını ziyarət edib.

Burada işləyənlərlə söhbətləşən Boris Conson xəstələr üçün hazırlanan yeməklərlə tanış olub, daha sonra 70 yaşlı Venona Pappi adlı xəstə qadına yeməyi şəxsən özü apararaq onunla söhbətləşib.

Qeyd edək ki, İngiltərənin yeni baş naziri seçilən Boris Conson qeyri-adi hərəkətləri ilə dünya mediasının gündəmini zəbt edib.


Müəllif: Cavad

Oxşar xəbərlər