25 Avqust 2019 08:00
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hərbçiləri İranın ölkələrinə pilotsuz uçuş aparatları ilə hücumunun qarşısını almaq üçün Suriyaya zərbələr endirdiklərini bəyan ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələrinin qırıcıları bu yaxınlarda Suriyanın Akraba kəndində “bir sıra terrorçu hədəfləri”nə hücum ediblər. Son günlərdə Suriyadan İsrail ərazilərindəki hədəflərə hücum planlaşdıran “Əl-Kuds” birləşmələrinin və şiə dəstələrinin obyektləri məhv edilib.

Qarşısı alınan hücumun planı silahlara təchiz edilmiş pilotsuz uçuş aparatılarını İsrail hədəflərinə qarşı istifadə idi”, - deyə hərbçilərin açıqlamasında bildirilir.


Müəllif: Teleqraf.com